Urmu gölü qurudu, həyat dayandı: ekoloji fəlakət dərinləşir
Son günlərdə Urmu gölünün ətrafında güclü duz qasırğaları müşahidə olunub. Payızın ilk küləkləri ilə müşayiət olunan bu fırtınalar yerli əhalini narahat edib.
Crossmedia.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, ətraf mühit mütəxəssisləri duz fırtınalarının səbəbini Urmiya gölündə su səviyyəsinin kəskin azalması və duzla örtülmüş sahələrin genişlənməsi ilə əlaqələndirirlər. Gölün quruması nəticəsində əvvəlcə bərkimiş, lakin küləklə asanlıqla havaya qalxan duz təbəqələri bölgədə ekoloji riskləri artırır.
09:39 22.09.2025
Oxunuş sayı: 3615