Braziliya ABŞ-ı demokratiya forumundan kənarlaşdırdı

Braziliya “Demokratiyanın müdafiəsi və ekstremizmə qarşı” adlı forumun ikinci toplantısını ABŞ-ın iştirakı olmadan keçirəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Vaşinqtonun Braziliya Ali Məhkəməsinin hakiminə qarşı tətbiq etdiyi sanksiyalar və ABŞ-ın Braziliya hökumətini demokratik institutları sarsıtmaqda ittiham etməsidir.
Bu qərar Braziliyanın xarici siyasət prioritetlərinin dəyişdiyini və ölkənin regional nüfuzunu gücləndirmək istəyini əks etdirir.
Səbiyyə Zayirova
22:44 21.09.2025
Oxunuş sayı: 638