Suriya prezidenti 58 ildən sonra ilk dəfə ABŞ-yə səfər edib

Əhməd əş-Şəraa 🇺🇳 BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Vaşinqtona yollanıb.
Crossmedia.az xəbər verir ki, əş-Şəraanı dörd nazir müşayiət edir.
Səfərin Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpası, o cümlədən Suriyanın Vaşinqtonda səfirliyinin rəsmi açılışı məsələsini müzakirə etmək imkanı verəcəyi gözlənilir.
22:25 21.09.2025
Oxunuş sayı: 1072