Pezeşkian gələn həftə BMT iclası üçün Nyu-Yorka səfər edəcək

İran prezidenti Məsud Pezeşkianın siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin açıqlamasına görə, dövlət başçısı çərşənbə axşamı Nyu-Yorka yola düşəcək.
Crossmedia.az xəbər verir ki, Pezeşkian çərşənbə günü səhər BMT Baş Assambleyasında çıxış edəcək.
Səfər çərçivəsində o, müxtəlif ölkələrin liderləri və BMT-nin Baş katibi ilə görüşlər keçirəcək, həmçinin beyin mərkəzləri, assosiasiyalar və ABŞ-də yaşayan iranlılarla bir araya gələcək.
22:24 21.09.2025
Oxunuş sayı: 1042