Erməni spiker: Sülh elə bir açardır ki, ölkəmizin inkişafının real perspektivlərini açır

“Bu gün Ermənistan Respublikasının Müstəqillik günüdür, yəqin ki, hər bir erməni insan və Ermənistan vətəndaşı üçün ən mühüm bayramdır”.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan təbrik müraciətində bildirib.
Simonyanın sözlərinə görə, sülh elə bir açardır ki, Ermənistanın inkişafının real perspektivlərini açır.
“1991-ci il sentyabrın 21-də erməni xalqı yalnız müstəqil dövlətə sahib olmaq azad iradəsini bəyan etmədi, həm də elə bir yeni dövrün başlanğıcını qoydu ki, burada biz öz taleyimizi özümüz müəyyən edirik. Düzdür, müstəqillik yolu heç də asan olmayıb. Biz çətin və sınaqlarla dolu illərdən keçdik, lakin məhz həmin çağırışlar bizə real təsəvvürlər formalaşdırmağı və illərlə Ermənistan Respublikasının inkişafına mane olan, bizə zorla qəbul etdirilmiş ideoloji saxta qandallardan azad olmağı öyrətdi. Bu gün biz həqiqətən müstəqilik, dərk edirik ki, müstəqillik və suverenliyi yalnız sülh sayəsində möhkəmləndirmək mümkündür. Sülh elə bir açardır ki, ölkəmizin inkişafının real perspektivlərini açır, güclü və sabit demokratik dövlət yaradır, vətəndaşlarımızın ləyaqətli və təhlükəsiz həyatını təmin edir. Budur, 2025-ci il avqustun 8-də təsdiqlənmiş sülh bizə müstəqil və suveren Ermənistan Respublikası yaratmaq arzumuza getdikcə daha da yaxınlaşdırır”, - deyə o qeyd edib.
16:39 21.09.2025
Oxunuş sayı: 778