Bloomberg: Putin Ukraynaya zərbələri gücləndirir

Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumları artırmaqla danışıqlarda öz şərtlərini diktə etməyə çalışır.
Crossmedia.az xəbər verir ki, ABŞ- nin nüfuzlu, beynəlxalq xəbər agentliyi olan Bloomberg bu məsələ barəsində fərqli məqama toxunub.
Bloomberg-in mənbələrinin məlumatına görə, Kreml eskalasiyaya üstünlük verir və Donald Trampın münaqişəyə müdaxilədə maraqlı olmayacağına ümid edir.
Analitiklərin qiymətləndirməsinə əsasən, Moskva Qərbə göstərmək istəyir ki, gələcək danışıqlarda təsir imkanlarını artırmaq üçün vəziyyəti daha da gərginləşdirməyə hazırdır.
Pərvin Hacıyeva
22:47 20.09.2025
Oxunuş sayı: 822