İran Prezidenti - Natanzdan da güclü nüvə obyektləri inşa edəcəyik

İran Prezidenti Məsud Pezeşkiyan bildirib ki, Tehran Natanzdan daha güclü nüvə obyektləri tikəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı BMT Təhlükəsizlik Şurasında qəbul edilən qərarı şərh edərkən deyib:
“Qərb bizi dayandıra bilməz. Onlar Natanza zərbə vurdular, amma unutdular ki, Natanzı quran elə insanların özüdür və bu insanlar Natanza nisbətən daha mühüm obyektlər də inşa edəcəklər. Biz fəxr edirik ki, ölkəmizdə İranı müdafiə etməyə, dünya arenasında ləyaqətlə iştirak etməyə və İslam Respublikasının bayrağını ucaldamağa qadir belə əziz insanlar var”.
21:35 20.09.2025
Oxunuş sayı: 703