Milli Kitabxanada virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

- Milli Kitabxanada “20 Sentyabr - Dövlət Suverenliyi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
- Bu barədə Crossmedia.az-a Milli kitabxanadan məlumat verilib.
- Bildirilib ki, sərgilərdə rəsmi sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” əməliyyatı çərçivəsində aparılmış 44 günlük Vətən müharibəsi, hərbi və siyasi strategiya, hərbi taktika, qazanılmış şanlı Qələbə və Azərbaycanın ərazi bütövlüyünün bütün ölkə ərazisində tam bərqərar edilməsi barədə məlumatlar təqdim edilmişdir.
- Həmçinin, sərgilərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərin, şəhidlərin döyüş yolu, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə aparılmış bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri və Böyük Qayıdış prosesi barədə Azərbaycan və xarici dillərdə ədəbiyyatlar və dövri mətbuat materialları nümayiş olunmuşdur.
14:53 20.09.2025
Oxunuş sayı: 1027