F-35 məsələsi Türkiyə-ABŞ gündəminə qayıdır

- ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, 25 sentyabrda Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək. Görüşün mərkəzində F-16 qırıcılarının alınması və beşinci nəsil F-35 təyyarələri ilə bağlı dialoqun davam etdirilməsi dayanır.
- Crossmedia.az xəbəbr verir ki, Tramp: “25 sentyabrda Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etməkdən məmnunam. Biz prezidentlə bir sıra ticarət və hərbi sazişlər üzərində işləyirik, o cümlədən Boeing şirkətindən böyük təyyarə alışları, F-16 ilə bağlı böyük saziş, həmçinin F-35 ilə bağlı danışıqların davam etdirilməsi, və biz ümid edirik ki, nəticələr müsbət olacaq”deyə bildirmişdir.
- O, Ərdoğanla münasibətlərin hər zaman “çox yaxşı” olduğunu vurğulayıb və qarşıdakı görüşü səbirsizliklə gözlədiyini qeyd edib.
- Xatırladaq ki, 2019-cu ildə Türkiyə Rusiyanın S-400 zenit-raket kompleksini alması səbəbindən F-35 proqramından çıxarılıb. Bununla belə, Ankara milli müdafiə sektorunu aktiv inkişaf etdirib və KAAN adlı beşinci nəsil milli qırıcı üzərində işləyir.
- Buna baxmayaraq, F-35 tədarükləri məsələsi hələ də açıq qalır. Ərdoğan əvvəllər ümid etdiyini bildirib ki, ölkə bu təyyarələri Trampın prezidentliyi dövründə əldə edə biləcək.
Mehriban
14:38 20.09.2025
Oxunuş sayı: 1155