Paşinyan: Ermənistanı küçə davalarının döyüş meydanına çevirəcəklər

Ermənistan Baş naziri: “Döyüş meydanlarından qaçıblar, ümid bəsləyiblər ki, Ermənistanı küçə davalarının döyüş meydanına çevirəcəklər".
“Təbliğat kampaniyası zamanı insanlar bizə dostluq, cəsarət, ləyaqət haqqında iyrənclik dərəcəsinə çatan saxta təsəvvürlərdən danışırdılar, həmin təsəvvürlərə güvənərək, bir çox gənclərimiz, təəssüf ki, bu gün məhəllələrdə, küçələrdə, həyətlərdə, məsələn, “Niyə elə baxırsan” tipli səhlənkar ifadələrin altında bir-birini qətlə yetirirlər”.
Crossmedia.az xəbər verir ki, bunu “Vətəndaş Müqaviləsi” partiyasının qurultayındakı çıxışında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Onlarla qətl bu səhlənkar ifadələrin, guya ləyaqətin, guya dostluğun adı altında baş verir, amma icazə verin deyim ki, belə davrananlar qorxaqlardır. Elə bu kateqoriyadır ki, onlarla adam döyüş meydanlarından qaçıblar, daxildə ümid bəsləyiblər ki, Ermənistanı küçə davalarının döyüş meydanına çevirəcəklər. Bilirsinizmi, Ermənistanı belə bir döyüş meydanına çevirmək nəyə görə daha rahatdır? Çünki küçə davalarından qaçmaq nəinki rüsvayçı deyil, həm də ən qəbul olunan davranış qaydası və protokol sayılır. Qaçanların və qaçmışların ideologiyası gənclərimizin arasında aşılanıb və aşılanmaqdadır. Mən həmin kateqoriyanı görmüşəm, onlarla Koş və digər koloniyalarda ünsiyyətdə olmuşam. Bu kateqoriyaların ideologiyasını Ermənistan kökündən sökməyi ən mühüm siyasi missiya, öz siyasi missiyam hesab edirəm”, - deyə o bildirib.
Paşinyan etiraf edib ki, 2021-ci ildə kampaniyaya standart hərbi-vətənpərvərlik seçki proqramı ilə daxil olublar.
“Amma seçki kampaniyası zamanı xalqın danışanlarını, nəsillərin analarını dinlədik. Məhz onların sayəsində biz 2021-ci il seçkilərində qalib gəldik, amma onlar həm də siyasi düşüncəmizi zənginləşdirdilər, bizə yeni siyasi güc, baxış verdilər və bizi strategiyamızı, təsəvvürlərimizi dəyişməyə məcbur etdilər.
Bu, təbii ki, bir gündə və ya hətta bir ildə baş vermədi. Bu, uzun üç il ərzində baş verdi. Həmin illərin düşüncələri, qarşılaşmaları, baxışlarının nəticəsində “real Ermənistan” ideologiyası yarandı ki, bu da Ermənistan üçün həyatverici və sülh gətirici oldu. Məhz o ideologiya bu gün sahib olduğumuz sülhü mümkün etdi, əziz həmkarlar.
Sülh, əlbəttə, ikitərəfli prosesdir və bu nitqlə mən sülhün bizim hekayəmizi danışıram, sülh yolumuzu təqdim edirəm, tarixdə bizim payımızı, Ermənistanın hakim çoxluğunun necə, hansı yolla bu nöqtəyə gəldiyini göstərirəm”, - deyə o qeyd edib.
14:02 20.09.2025
Oxunuş sayı: 801