Maneəsiz yolla bağlı Ermənistanın öhdəlikləri var, həm də təkcə Azərbaycan qarşısında deyil - Mirzoyan

“Tramp yolu” ilə bağlı detallar Ermənistan və ABŞ nümayəndə heyətləri arasında təmaslar, müzakirələr, danışıqlar vasitəsilə dəqiqləşdiriləcək”.
Crossmedia.az xəbər verir ki, bunu bugün jurnalistlərlə söhbətində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“O ki, qaldı Azərbaycan tərəfinə, ümumi təsəvvürlər var və bunlar imzalanmış Vaşinqton bəyannaməsində ifadə olunub”, - deyə o bildirib.
“Nə üçün Azərbaycanla müqayisədə sənədin Ermənistanla bağlı hissəsində “maneəsiz yol” ifadəsi yoxdur?” sualına Mirzoyan belə cavab verib: “Bəs maneəsiz nədir? Onlarla konvensiyalar və beynəlxalq sənədlər var, orada həmin o maneəsiz yol ilə bağlı Ermənistanın öhdəlikləri mövcuddur. Həm də təkcə Azərbaycan qarşısında deyil”.
Erməni nazir müxalifət tərəfindən irəli sürülən tənqidlərə toxunaraq, bunlara qulaq asmamağı məsləhət görüb: “Biz onun ətrafında razılaşmışıq ki, bu yazılıb və dərc olunub, qalan şifahi şərhlər əhəmiyyətli deyil. Biz ilkin imzalama zamanı, eləcə də bundan əvvəl, mətn martın ortalarında razılaşdırıldıqdan sonra bəyan etmişdik ki, imzalama yerinə və vaxtına dair məsləhətləşmələrə dərhal başlamağa hazırıq. İndi də hazırıq”.
14:01 20.09.2025
Oxunuş sayı: 822