Ermənistanda “Vətəndaş Müqaviləsi” partiyasının 7-ci qurultayı keçiriləcək

Bu gün Ermənistanda Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində hakim “Vətəndaş Müqaviləsi” partiyasının 7-ci qurultayı keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlkumat yayıb.
Qeyd edilir ki, qurultay zamanı partiyanın yeni İdarə Heyəti seçiləcək.
“Hələ də intriqalı olaraq qalır ki, Paşinyan partiyanın İdarə Heyətində kimləri saxlayacaq və kimləri çıxaracaq. Söhbətlərə görə, məhz bununla da aydın olacaq ki, Paşinyan parlament seçkilərinə kimlərlə “gedir”, - deyə məlumatda qeyd edilib.
13:58 20.09.2025
Oxunuş sayı: 844