Tramp Vaşinqton görüşünün kadrları ilə “Güc vasitəsilə sülh”ün effektivliyini xatırladıb

ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında Nümayəndələr Palatasının üzvü Bayron Donaldsın paylaşımını yayıb.
Crossmedia.az xəbər verir ki, həmin paylaşımda Vaşinqtonun xarici siyasətində “Güc vasitəsilə sülh” prinsipinin effektivliyi vurğulanır.
“Bu, güc vasitəsilə sülhün əməli şəkildə tətbiqidir və nəticələr danılmazdır”, - deyə Trampın paylaşımında qeyd olunub.
Paylaşımda ABŞ-nin, Ermənistanın və Azərbaycanın bayraqları, həmçinin avqustun 8-də Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycanın Prezidenti İlham Əliyev və ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş görüşün kadrları yer alıb.
13:56 20.09.2025
Oxunuş sayı: 909