Ermənistan və ABŞ arasında “Tramp Marşrutu” müzakirə olunur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, “Tramp Marşrutu” layihəsinin detalları (Ermənistan ərazisindən keçən 42 km-lik Zəngəzur dəhlizinin bir hissəsi) Ermənistan və ABŞ nümayəndə heyətləri arasında aparılacaq danışıqlarda dəqiqləşdiriləcək.
Crossmedia.az bildirir ki, Azərbaycan tərəfi ilə bu mövzuda ümumi razılaşmalar mövcuddur. Bu razılaşmalar Vaşinqton Bəyannaməsində öz əksini tapıb. Bəyannamədə qeyd olunur ki, kommunikasiya xətlərinin açılması hər iki ölkənin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenliyi və yurisdiksiyası əsasında, qarşılıqlı fayda prinsipi ilə həyata keçiriləcək.
Nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün vaxt və məkanın müəyyən edilməsi məqsədilə məsləhətləşmələrə başlamağa hazırdır.
11:26 20.09.2025
Oxunuş sayı: 901