BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların vaxtından əvvəl ləğv edilməsinin əleyhinə səs verib

BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların vaxtından əvvəl ləğv edilməsinin əleyhinə səs verib.
Crossmedia.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan Cənubi Koreyanın irəli sürdüyü qətnamə, İranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişində qeyd olunduğu kimi, ayın sonunda bir sıra sanksiyaların qüvvəyə minməsini dayandırmaq üçün tələb olunan doqquz ölkənin dəstəyini qazanmayıb.
Qeyd edək ki, ölkələrdən yalnız dördü - Çin, Rusiya, Pakistan və Əlcəzair sanksiyaların ləğvinə səs verib.
23:47 19.09.2025
Oxunuş sayı: 747