Körfəz ölkələrindən Trampa çağırış: Seçim sizindir, ya biz, ya da İsrail

Britaniyanın “The Economist” nəşri İsrailin Qətərə qarşı son hücumlarından sonra Körfəz ölkələrinin mövqeyini təhlil edib.
Crossmedia.az xəbər verir ki, məqalədə bu ölkələrin İsrailə birbaşa təzyiq imkanları məhduddur, buna görə də əsas ümidlərini ABŞ-yə bağlayıblar.
İsrailin hücumları Dohada fövqəladə sammitin keçirilməsinə səbəb olub. Sammitdə bütün ərəb və İslam ölkələri Qətərə dəstək versə də, əməli tədbirlər məsələsində ortaq mövqe formalaşmayıb. İranın irəli sürdüyü “İslam NATO-su” ideyası isə bir çox ərəb ölkələri tərəfindən qəbul edilməyib.
Rəsmi Doha isə beynəlxalq platformalarda – xüsusilə BMT və Beynəlxalq Ədalət Məhkəməsində – diplomatik yolla məsələ qaldırmağa üstünlük verir.
Qeyd edək ki, ərəb ölkələrinin Vaşinqtona verdiyi əsas mesaj belədir: “Seçim sizindir, ya biz, ya da İsrail” - deyə mesajda bildirilib.
22:32 19.09.2025
Oxunuş sayı: 849