Mərkəzi Elmi Kitabxanada “Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsi: Müstəqil və Suveren Azərbaycan” adlı lektoriya keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində AMEA-nın
Mərkəzi Elmi Kitabxanasında Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının
və “H.Cavid pr.129” (Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana)
ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər
Əliyevin ideyalarının təntənəsi: Müstəqil və Suveren Azərbaycan” adlı lektoriya keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Mərkəzi Elmi Kitabxananın direktoru, “H.Cavid pr.129” (Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hüseyn Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Partiya üzvləri və Mərkəzi Elmi Kitabxananın əməkdaşları iştirak edib.
İştirakçıları salamlayaraq tədbiri açıq elan edən Mərkəzi Elmi Kitabxananın direktoru, “H.Cavid pr.129” (Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hüseyn Hüseynov qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsi: Müstəqil və Suveren Azərbaycan” adlı lektoriya milli dövlətçilik tariximizin mühüm məqamlarını bir daha xatırladır. Ulu Öndər Heydər Əliyev Azərbaycanı müstəqil və suveren dövlət kimi qurmaqla xalqımızın gələcəyini təmin etmişdir. Onun müəyyənləşdirdiyi neft strategiyası, siyasi xətt və dövlətçilik prinsipləri bu gün də yolumuzu aydınlatmaqdadır. Prezident İlham Əliyev isə bu ideyaları yeni dövrün çağırışlarına uyğun uğurla inkişaf etdirir. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə Heydər Əliyev ideyalarının gücünü bütün dünyaya göstərdi. Dövlətimizin suverenliyi və ərazi bütövlüyü məhz bu siyasi kursun nəticəsində təmin olundu. Konstitusiya prinsipləri üzərində qurulan müasir Azərbaycan qlobal dünyada demokratik dövlət modelində olan nümunəvi ölkədir. Prezident İlham Əliyevin güclü liderliyi sayəsində regionda tamamilə yeni geosiyasi reallıq formalaşdı. Bu lektoriya gənc nəsillərə milli ideyanın əhəmiyyətini daha dərindən anlatmaq məqsədi daşıyır. Beləliklə, Ulu Öndər Heydər Əliyev yolunun təntənəsi müasir Azərbaycanın inkişafında canlı şəkildə yaşamaqdadır.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan lektoriya Azərbaycanın dövlətçilik fəlsəfəsini dərindən izah edən mühüm maarifləndirici tədbirdir. Ümumilli lider Heydər Əliyevin ideyaları müstəqil dövlətçiliyimizin əsas dayağı kimi tarixdə əbədi qalır. Onun rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya dövlətin siyasi, hüquqi və ideoloji təməlini yaratdı. Bu gün Prezident İlham Əliyev həmin Konstitusiyanın prinsiplərini inkişaf etdirərək xalqın rifahını, dövlətin gücünü təmin edir. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və qalib dövlət kimi mövqeyini möhkəmləndirib. Müstəqil Azərbaycan bu gün inkişafının ən qüdrətli dövrünü yaşayır. İnkişaf və dövlət quruculuğu prosesi üç təməl prinsipinə əsaslanır. Birincisi, "Güclü dövlət-güclü xalq” ideyasıdır. İkincisi, tam müstəqil siyasətdir. Üçüncüsü isə azərbaycançılıq ideyasıdır. Bu üç təməl prinsipin banisi, yaradıcısı Ulu Öndər Heydər Əliyevdir. Bu irsi uğurla davam etdirən Prezident İlham Əliyev yeni yanaşmalarla bu ideya xəttini daha da təkmilləşdirmiş, müasirləşdirmişdir. Ümumiyyətlə isə inkişafın hər bir sahəsində möhtərəm Prezident yeni bir model yaradıb. Bu baxımdan biz "İnkişafın İlham Əliyev modelini” bütün dünyaya örnək nümunə kimi göstərə bilərik. Azərbaycanın müstəqilliyi artıq dönməz xarakter alıb və bu, xalqımızın böyük nailiyyətidir. Dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyev və İlham Əliyevin rolu bir-birini tamamlayan strateji mərhələlərdir. Məhz buna görə, bu tədbir həm ideoloji, həm də tarixi baxımdan mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxış edərək qeyd edib ki, “Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsi: Müstəqil və Suveren Azərbaycan” adlı lektoriya müasir dövlətçilik tariximizin əsaslarının Ulu Öndər Heydər Əliyev ideyaları ilə necə sıx bağlı olduğunu bir daha qeyd edir. Ümummilli lider Heydər Əliyev müstəqil dövlətimizin memarı, milli ideyanın müəllifi olmuşdur. Onun qurduğu siyasi xətt Azərbaycanı təhlükələrdən qoruyaraq sabit inkişaf yoluna çıxardı. Prezident İlham Əliyev isə bu xətti müasir dövrdə uğurla davam etdirərək ölkəmizi regional və qlobal liderə çevirmişdir. Dövlətimizin Konstitusiyası xalqın milli iradəsinin və hüquqlarının təminatıdır. Lektoriyada bu tarixi sənədin əhəmiyyəti və onun xalqımızın gələcəyindəki rolu geniş şəkildə izah olunur. Qarabağ uğrunda mübarizədə qazanılan qələbə suverenliyin praktiki təminatı oldu. Bu zəfər Ulu Öndər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin sübutudur. Azərbaycan xalqı bu gün güclü dövlətə malik olmaqla fəxr edir. Belə tədbirlər isə milli yaddaşımızı möhkəmləndirir və gələcək nəsillərə dövlətçilik dərsi verir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov çıxışında bildirib ki, müstəqil Azərbaycanın möhkəmlənməsi və suveren dövlət kimi inkişafı Ulu Öndər Heydər Əliyevin siyasi irsinin nəticəsidir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən lektoriya bu irsin davamlılığını nümayiş etdirir.Ümummilli lider Heydər Əliyev tərəfindən qurulan dövlətçilik modeli xalqın milli iradəsinin təntənəsi idi. Prezident İlham Əliyev isə bu yolu daha da möhkəmləndirərək Azərbaycanı qalib dövlətə çevirdi. Qarabağda qazanılan möhtəşəm zəfər suverenliyimizin tam təmin olunmasına gətirdi. Bu, Heydər Əliyevin ideyalarının gücünü bir daha təsdiq etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs xalqın rifahını, dövlətin qüdrətini və beynəlxalq nüfuzunu təmin edir. Lektoriyada bu uğurların mənbəyi kimi Heydər Əliyev ideyalarının əhəmiyyəti xüsusi qeyd olunur. Azərbaycanın müstəqilliyi bu gün həm siyasi, həm iqtisadi, həm də hərbi güc üzərində dayanır. Beləliklə, Ulu Öndər Heydər Əliyevin irsi və Prezident İlham Əliyevin liderliyi Azərbaycan dövlətçiliyinin möhtəşəm gələcəyini təmin edir.
Sonda çıxış edən Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Günel Bağırova-Hüseynova çıxışında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə mütəmadi olaraq “Heydər Əliyev lektoriyası”nın keçirilməsindən bəhs edib. Qeyd olunub ki, lektoriyaların keçirilməsi ulu öndər Heydər Əliyev irsini daha yaxından tədqiq etmək və təbliğinə dəstək məqsədi daşıyır.
Çıxışlardan sonra “Konstitusiya və Suverenlik İli” nə həsr olunan kitab sərgisinə baxış keçirilib.
Sonda xatirə şəkli çəkdirilib.
19:30 19.09.2025
Oxunuş sayı: 1216