Fransa Fələstin bayrağının asılmaması barədə göstəriş verib

Fransanın daxili işlər naziri ölkənin bütün regionlarının bələdiyyə başçılarına gələn həftə ictimai binalarda Fələstin bayrağının asılmaması barədə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "France‑Press" məlumat yayıb.
Bildirilir ki, bunun səbəbi odur ki, gələn həftə Fransa Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstini dövlət kimi tanımağı planlaşdırır və eyni zamanda neytrallığını qorumaq istəyir.
«Dövlət xidmətində neytrallıq prinsipi belə nümayişə (Fələstin bayrağının asılması) icazə vermir. Hər hansı bir bələdiyyə başçısı Fələstin bayrağını asmaq qərarı verərsə, bu qərar məhkəmə yolu ilə həll edilməlidir», — daxili işlər naziri bildirib.
Səbiyyə Zayirova
14:56 19.09.2025
Oxunuş sayı: 596