Rusiya KT sektoru inkişaf trendindədir

2014-cü il qərbin sanksiyalarından sonra daxili istehsala yatırım edən Rusiya rəhbərliyi ilkin nəticələri əldə edir. Rusiya KT sektoru inkişaf trendindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
2014-cü ildə embarqo qoyulandan bəri süd sektorunda özünü təmin etmək 77%-dən 86%-ə yüksəlib. Kənd Təsərrüfatı sektorunda təkcə südçülüyə yatırımlar 10 milyard dolları keçir.
Hazırda ölkə süd və süd məhsulları ilə 88%, toxumla 75%, meyvə və giləmeyvə ilə 50% özünü təmin edir. Ət məhsullarında bu rəqəm 80%-i keçir. 10 vacib ərzaq növündən 5-də tam digər 5-də 60%-lik təminat uğuru var. Rusiya ötən il 45 milyard dollarlıq KT məhsulları ixrac edib. Bunların 16.5 milyard dolları taxıl olub. 15.3 milyard dollar həcmində gübrə ixrac edilib. Rusiya eyni zamanda son illər pomidor və xiyar istehsalında daxili istehsalı gücləndirib. 2014-cü ildən sonra Qərb pendirlərinin bazarı tərk etməsindən sonra Rusiya istehsalçıları daxili bazarı doydurmağı bacardı.
2014-cü ildən sonra Qərb pendir ixracına məhdudiyyətlər tətbiq etməyə başladı. O zamana qədər Rusiya pendir sektorunda Qərbdən açıq şəkildə aslı idi. Buna görə hökümət yeni strategiya elan etdi.
Çünki Rusiyada süd məhsullarının xüsusilə pendirin böyük istehlakı var. Hətta supermarketlərdə çeşidin azalması ciddi problemə çevrilə bilərdi. Qərb şirkətlərini Rusiya şirkətləri qısa zamanda əvəz etdi. İlk əvvəllər bu sahədə ciddi keyfiyyət problemi olsa da, ruslar zamanla bu problemi həll etdilər pendir keyfiyyəti yaxşılaşdı və idxaldan aslılıq azaldı, daxili istehlak daxili istehsal hesabına təmin edildi. Sanksiyalar, avadanlıqlarda asılılıq problemlər yaratsa da, Rusiya rəhbərliyi bu sahəyə dövlət dəstəyini artırmağa davam edir.
12:50 19.09.2025
Oxunuş sayı: 603