Britaniyanın yeni kəşfiyyat modeli: MI6 İran üçün casus axtarır

Britaniyanın xarici kəşfiyyat xidməti olan MI6 İran, Rusiya, Çin və Şimali Koreya kimi ölkələrdə məlumat toplamaq məqsədi ilə internetdə yeni işə qəbul kampaniyasına başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, MI6 “dark web”də – yalnız xüsusi brauzerlər vasitəsilə daxil olmaq mümkün olan anonim və şifrələnmiş internet mühitində – təhlükəsiz kommunikasiya platforması yaradıb. Bu vasitə ilə dünyanın istənilən nöqtəsindən şəxslər təşkilatla əlaqə saxlaya və ya məlumat ötürə bilərlər.
Xüsusilə İran, Çin, Rusiya və Şimali Koreya kimi kəşfiyyat baxımından kritik əhəmiyyətə malik ölkələrdə informasiya əldə etmək MI6-nın prioritetləri sırasındadır. Məqsəd – həmin ölkələrdə yaşayan, hakimiyyətdən narazı və ya dəyişiklik etmək istəyən şəxsləri əməkdaşlığa cəlb etməkdir.
12:09 19.09.2025
Oxunuş sayı: 760