Paşinyan II Qareginin vəzifədən kənarlaşdırılması ssenarisini yekunlaşdırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifədən kənarlaşdırılması ssenarisini yekunlaşdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb..
Qeyd olunur ki, hökumət bu məqsədlə keşiş Ter-Aram Asatryanın açıqlamalarından istifadə etməyi planlaşdırır. O, kilsə daxilində təzyiqlərin olduğunu və din xadimlərinin müxalifətin mitinqlərində iştirak etməyə məcbur edildiyini narazılıqla bildirib.
Bu ssenariyə əsasən, əgər II Qaregin Ter-Arama töhmət versə və ya onu keşişlikdən uzaqlaşdırsa, bu, Paşinyan üçün əsl “hədiyyə” olacaq. Bu addım daha bir cəza tədbiri kimi təqdim ediləcək və hökumət bu fürsətdən istifadə edərək Müqəddəs Eçmiədzinə hücum edəcək.
Hökumət daxilində bu ssenari, “Vətəndaş müqaviləsi” partiyasının rəhbərliyinə keçiriləcək seçkilərdən sonra, lakin ümumi parlament seçkilərindən əvvəl həyata keçirilməsi planlaşdırılan böyük siyasi addım kimi qiymətləndirilir.
Məlumata görə, Ermənistan hakimiyyəti Ter-Aramı katolikos vəzifəsini müvəqqəti icra edən şəxs (mesoblyustitel) təyin etməyi planlaşdırır. Çünki o, rahib deyil, evlidir. Bundan sonra isə bütün ermənilərin yeni patriarxı seçilməsi üçün seçkilər təşkil ediləcək.
10:09 19.09.2025
Oxunuş sayı: 1116