İsrail Kiprə hava hücumundan müdafiə sistemləri verib

İsrail, Türkiyə ilə artan gərginlik fonunda Kiprə Barak MX hava hücumundan müdafiə sistemləri təhvil verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri məlumat yayıb.
Bu təchizat, hökumətyönlü "Israel Hayom" qəzetinin Yunanıstan və Cənubi Kipr hakimiyyətini Şimali Kipr Türk Respublikasını (ŞKTR) ələ keçirmək üçün əməliyyat keçirməyə çağırmasından sonra baş verib.
Türkiyə Müdafiə Nazirliyi isə bu təchizatla bağlı belə açıqlama verib:
"Yunan Kipr Administrasiyasının adada sülh və sabitliyi pozmağa yönəlmiş hərbiləşdirmə səyləri və fəaliyyəti təhlükəli nəticələrə gətirib çıxara bilər – bunu bir daha xatırladırıq. Türkiyə əvvəlki kimi ŞKTR-ni dəstəkləyir. Kipr türkləri Türkiyənin qoruması altındadır."
09:09 19.09.2025
Oxunuş sayı: 854