Suriya Prezidenti ilk dəfə BMT Baş Assambleyasına qatılacaq

1967-ci ildən bəri ilk dəfə olaraq Suriya Prezidenti Birləşmiş Millətlər Təşkilatına birbaşa qatılaraq çıxış edəcək. Prezident Əhməd əl-Şərraa gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu, həmçinin Əl-Şərranın hakimiyyətə gəldikdən sonra ABŞ-a ilk səfəri olacaq. Səfər çərçivəsində o, 15-ci İllik Concordia Sammitində də spiker qismində çıxış edəcək və yüzlərlə dünya lideri ilə bir araya gələcək.
22:19 18.09.2025
Oxunuş sayı: 743