Maduro: "Venesuelada narkotiklər heç vaxt leqallaşdırılmayacaq"

Venesuela Prezidenti Nikolas Maduro marixuana ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, ABŞ-da marixuana istehsalı qanuni olsa da, Venesuelada bu, indi də qadağandır və gələcəkdə də qadağan olaraq qalacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
"Əgər marixuana axtarmaq istəyirsinizsə, ABŞ-a baxın, orada qanuni marixuana istehsal olunur. Biz isə heç vaxt narkotikin leqallaşdırılması kimi axmaq dəbə uymayacağıq," – deyə Maduro vurğulayıb.
20:47 18.09.2025
Oxunuş sayı: 560