Rusiya sərhəd gözətçi gəmisi Bakıya gələcək

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, sentyabrın 23–25-də Rusiyanın sərhəd gözətçi gəmisi Bakıya səfər edəcək.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, səfərin məqsədi Xəzər dənizində sərhəd xidmətləri arasında ikitərəfli əməkdaşlığın inkişafıdır.
“Bu, əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı iradənin göstəricisidir”, – deyə Zaxarova vurğulayıb.
Pərvin Hacıyeva
17:49 18.09.2025
Oxunuş sayı: 940