Başqırdıstanda “Qazprom neftkimya Salavat” müəssisəsinə PUA hücumu olub

Başqırdıstanın “Qazprom neftkimya Salavat” müəssisəsinə iki ədəd təyyarə tipli pilotsuz uçuş aparatı ilə terror hücumu edilib. Hadisə nəticəsində xəsarət alan və ya ölən olmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov öz teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, müəssisənin passiv və aktiv müdafiə sistemləri vaxtında işə düşüb, mühafizə qüvvələri isə atəş açaraq cavab veriblər.
Nihat Tahirov
13:48 18.09.2025
Oxunuş sayı: 1187