Taliban Əfqanıstanda sürətli interneti kəsdi

Əfqanıstanda Taliban hərəkatının lideri Heybətulla Axundzadənin göstərişi ilə Bəlx əyalətində fiber-optik internetin istifadəsi qadağan edilib. Qadağa “əxlaqsızlığın qarşısını almaq üçün” tətbiq olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Associated Press” xəbər yayıb.
Məhdudiyyətlər nəticəsində Bəlxdə dövlət qurumları, özəl sektor və əhali “Wi-Fi”dan məhrum olub. Hazırda bölgədə yalnız mobil şəbəkələr fəaliyyət göstərir.
Məlumata görə, ehtiyacları qarşılamaq üçün alternativ şəbəkə yaradılması nəzərdə tutulur. Lakin məhdudiyyətlərin digər əyalətlərdə tətbiq olunub-olunmayacağı hələlik məlum deyil. (Euronews)
13:11 18.09.2025
Oxunuş sayı: 704