Tramp “Antifa”nı terror təşkilatı elan etdi

ABŞ Prezidenti Donald Tramp “Antifa” hərəkatını terror təşkilatı kimi tanıdığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp təşkilatı “təhlükəli və radikal” adlandırıb və onun mümkün sponsorları ilə bağlı araşdırma aparılmasına çağırıb.
“Xoşbəxtəm ki, saysız-hesabsız vətənpərvərlərimizə bildirirəm: “Antifa”nı böyük terror təşkilatı elan edirəm. Həmçinin bu hərəkatı maliyyələşdirənlərin kimliyinin müəyyən edilməsi üçün ciddi araşdırma aparılmasını tövsiyə edirəm”, – Tramp qeyd edib.
Nihat Tahirov
10:47 18.09.2025
Oxunuş sayı: 724