Çin Polşa–Belarus sərhədinin açılmasını tələb edib

Polşanın hərbi təlimlər və təhlükəsizlik səbəbi ilə sərhədi bağlaması, Avropaya Çin mallarının əsas dəmir yolu marşrutunu iflic vəziyyətinə salıb.
Təxminən 25 milyard avro dəyərində ticarət dövriyyəsi risk altındadır.
Crossmedia.az xəbər verir ki, Polşa rəsmiləri Rusiyanın və Belarusun sərhəd yaxınlığında keçirdiyi təlimləri təhlükəsizlik üçün təhdid adlandırır və Çindən Moskvaya təzyiq göstərməyi gözləyir. Çin isə sərhədlərin açıq və sabit qalmasının iqtisadi əməkdaşlıq üçün vacibliyini vurğulayır, məsələni dialoq yolu ilə həll etmək istədiyini bəyan edib.
09:35 18.09.2025
Oxunuş sayı: 688