Prezident Şavkat Mirziyoyev yeni qaz yatağının kəşf olunduğunu elan edib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstanın Ustyurt bölgəsində iri qaz yatağının aşkarlanmasını bəyan edib. Crossmedia.az bildirir ki, onun sözlərinə görə, 6,5 min metr dərinlikdə qazılmış quyuda böyük həcmdə qaz ehtiyatları müəyyən edilib.
Dövlət başçısı bildirib ki, Mərkəzi Asiya dünya üzrə nadir mineralların, o cümlədən litium, tellur, molibden, volfram, sink və titan kimi elementlərin 15 faizinə qədərinə sahibdir:
Mirziyoyev resursların yalnız xammal kimi ixrac olunmaması, elmi-innovativ yanaşma ilə yüksək əlavə dəyərli məhsula çevrilməsinin vacibliyini vurğulayıb. Qeyd edək ki, Energetika İnstitutunun məlumatına görə, Özbəkistanda təsdiqlənmiş qaz ehtiyatları 1,97 trilyon kubmetr təşkil edir. Lakin son illərdə hasilat azalmaqdadır: 2019-cu ildə 59,4 milyard kubmetr qaz çıxarıldığı halda, 2024-cü ildə bu göstərici 44,6 milyard kubmetrə enib.
Fidan Xəlilova
20:45 17.09.2025
Oxunuş sayı: 607