Donald Tramp Vindzor qalasında Kral III Çarlzla görüşüb

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Krallığa səfəri çərçivəsində Vindzor qalasında Kral III Çarlzla görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Məlumata görə, Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Londona yaxın Berkişir qraflığında yerləşən qalaya helikopterlə gəlib. Onları qalada şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton qarşılayaraq Kral III Çarlz və Kraliça Kamillaya təqdim ediblər.
Görüşün gündəliyi barədə rəsmi açıqlama verilməsə də, tərəflərin transatlantik münasibətlər, beynəlxalq təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
18:48 17.09.2025
Oxunuş sayı: 608