Aİ İsrail üçün ticarət imtiyazlarını dayandırmağı təklif edir

Avropa İttifaqı Qəzzadakı humanitar vəziyyətin pisləşməsinə cavab olaraq İsrail üçün bəzi ticarət imtiyazlarını dayandırmağı təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Təklif qəbul olunarsa, İsrail ixracatçıları hər il təxminən 227 milyon avro (269 milyon dollar) əlavə rüsum ödəməli olacaqlar.
Qərar bölgədəki müharibənin nəticələri ilə bağlı beynəlxalq qəzəb fonunda gündəmə gəlib. Lakin güzəştlərin ləğvi üçün Aİ ölkələrinin ixtisaslı əksəriyyətinin razılığı tələb olunur.
Komissiya həmçinin iki israilli nazirə qarşı sanksiyaların tətbiqini, İsrailə ayrılmış 20 milyon avro həcmində maliyyə yardımının dayandırılmasını və əlavə olaraq 10 Həmas üzvünə qarşı sanksiyaları da təklif edib.
18:43 17.09.2025
Oxunuş sayı: 551