KİV: İran Çində neftini rekord endirimlə satışa çıxarıb

İran ölkə neftini Çinin kiçik neft emalı zavodlarına əvvəllərlə müqayisədə daha yüksək endirimlə satmağa başlayıb.
Crossmedia.az xəbər verir ki, bununla bağlı, dünən "Reuters" agentliyi altı biznes mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, İran neftinin Çindəki ehtiyatları yeni rekorda çatıb. Eyni zamanda ilin sonuna doğru Çində idxal kvotalarının məhdudlaşdırılması səbəbilə, İran neftinə tələbat zəifləyib. Bunun fonunda Tehran neftini bazarda daha cəlbedici etmək üçün qiymətlərə ciddi endirimlər tətbiq edir.
Agentliyin açıqlamasına görə, İranın yüngül neftinin bu ilin oktyabr ayı üçün Brent markalı neftə nisbətdə endirimi bir barel üzrə 6 dolları keçəcək. Bu göstərici iki həftə əvvəl 5 dollar, mart ayında isə 3 dollar səviyyəsində olub.
15:31 17.09.2025
Oxunuş sayı: 787