Atlantic Council: Orta Dəhliz kritik mineralların daşınmasında strateji əhəmiyyət qazanır

Amerikanın analitik mərkəzi Atlantic Council qeyd edir ki, Orta Dəhliz — Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən nəqliyyat marşrutu — nadir torpaq elementləri və kritik əhəmiyyətli mineral resursların tədarükü baxımından getdikcə daha çox önəm qazanır.
Crossmedia.az bildirir ki, mərkəzin mütəxəssisləri Mərkəzi Asiya ölkələrinin yüksək texnologiyaların istehsalı üçün vacib olan zəngin mineral ehtiyatlarına malik olduğunu vurğulayır. Bu minerallar smartfonlardan və elektromobillərdən tutmuş yarımkeçiricilərə qədər bir çox məhsul üçün zəruridir. Qlobal miqyasda belə resurslara çıxış uğrunda rəqabətin artdığı bir vaxtda Orta Dəhlizin inkişafı strateji prioritetə çevrilir.
Analitiklərin məlumatına görə, regionda logistika və nəqliyyat imkanlarının genişləndirilməsi bu marşrut üzrə daşımaların həcmini artırmağa şərait yaradacaq. Bu isə Rusiyanı kənarda saxlayaraq daha sabit və proqnozlaşdırıla bilən xammal təchizatı zəncirlərinin formalaşmasına imkan verəcək.
15:03 17.09.2025
Oxunuş sayı: 1404