Lavrov: BMT Baş katibi nizamnamənin tələblərinə əməl etmir

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, BMT-nin baş katibi Antoniu Quterreş təşkilatın nizamnaməsində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmir. Onun sözlərinə görə, bu, Moskvanı ciddi narahat edir.
Crossmedia.az bildirir ki, Lavrov xatırladıb: BMT Nizamnaməsinin 100-cü maddəsinə əsasən, baş katib və sekretariat əməkdaşları qərəzsiz olmalı, bütün üzv dövlətlərin maraqlarını nəzərə alaraq obyektiv şəkildə fəaliyyət göstərməlidirlər. Nazir qeyd edib ki, son illərdə bu prinsipin kobud şəkildə pozulması müşahidə olunur.
Lavrov vurğulayıb ki, o, Quterreşdən xalqların öz müqəddəratını təyin etməsi prinsipinə hörmətlə yanaşmağı tələb edən bəzi BMT bəyannamələrinin sekretariatın icra etməli olduğu sənədlərə daxil olub-olmadığını soruşub, lakin baş katib bu suala cavab verməyib.
Nazirin sözlərinə görə, BMT rəhbərliyinin bütün addımları nizamnamənin əsas prinsiplərinə, o cümlədən neytrallıq və beynəlxalq hüquqa riayət etməyə tam uyğun olmalıdır. Əks halda, bu, təşkilatın nüfuzuna zərbə vurur və qlobal təhlükəsizlik üçün risklər yaradır.
15:01 17.09.2025
Oxunuş sayı: 1154