ABŞ Rusiyaya məhəl qoymur

Rusiya ABŞ-la birbaşa aviaəlaqələrin bərpası istiqamətində işi davam etdirir. Lakin hələlik Vaşinqtondan müvafiq reaksiya yoxdur.
Crossmedia.az xəbər verir ki, Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.
“Hazırda ABŞ-la ikitərəfli münasibətlər çərçivəsində əsas diqqətimizi birbaşa aviaəlaqələrin bərpasına yönəltmişik. Təəssüf ki, indiyədək Amerika tərəfindən lazımi cavab verilməyib. Biz bu istiqamətdə əlavə səylər göstəririk və müvafiq qurumlarımız, strukturlarımız da prosesə cəlb olunub”, - o bildirib.
Ryabkov əlavə edib ki, bu formatda növbəti görüşün payızın sonunadək keçirilməsi planlaşdırılır.
Nihat Tahirov
14:14 17.09.2025
Oxunuş sayı: 1201