Fransa Azərbaycandan neft alışını azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Fransaya 41,3 milyon ABŞ dolları dəyərində 81,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,8 milyon ABŞ dolları və ya 27,6%, həcm ifadəsində isə 8,011 min ton və ya 8,9% azdır.
Dövr ərzində Fransa bu göstərici ilə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20 ölkəyə 8,396 milyard ABŞ dolları dəyərində 15,925 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 1,912 milyard ABŞ dolları və ya 18,5%, həcm ifadəsində isə 551,050 min ton və ya 3,3% azdır.
19:36 15.09.2025
Oxunuş sayı: 628