Fransada etirazlar zamanı 327 nəfər saxlanıldı

Fransada hökumətin siyasətinə qarşı keçirilən ölkəmiqyaslı “Hər şeyi blokla” adlı etiraz aksiyası zamanı hüquq-mühafizə orqanları 327 nəfəri saxlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa Daxili İşlər Nazirliyi verib.
Məlumata görə, saxlanılanların böyük əksəriyyəti Parisdə qeydə alınıb. Paytaxtda səhər saatlarından etibarən radikal etirazçılarla polis qüvvələri arasında toqquşmalar davam edir.
Pərvin Hacıyeva
21:29 10.09.2025
Oxunuş sayı: 1100