Tramp: İsrailin Dohaya hücumu mənim deyil, Netanyahunun qərarı idi

ABŞ prezidenti Donald Tramp İsrailin Qətərin paytaxtı Doha şəhərinə endirdiyi hücumlara münasibət bildirib. Tramp açıqlamasında bu hücumların ABŞ hökumətinin qərarı ilə deyil, İsrailin baş naziri Benyamin Netanyahunun şəxsi qərarı ilə həyata keçirildiyini vurğulayıb.
Crossmedia.az-ın məlumatına görə o bildirib ki, "Bu, Netanyahunun qərarı idi. ABŞ hökumətinin bu hücumla bir əlaqəsi yoxdur"
Qeyd edək ki, dünən İsrailin Dohada həyata keçirdiyi hücumlar nəticəsində HƏMAS-ın bəzi yüksək rütbəli liderləri və rəsmiləri öldürülüb.
18:36 10.09.2025
Oxunuş sayı: 745