Vilnüsdə dəmiryolunda partlayış: 8 sistern yanır

Litvanın paytaxtı Vilnüsdə dəmiryolu xəttində yanğın və partlayış baş verib. Hadisə nəticəsində 8 sistern vaqonunun alovlandığı bildirilir. Yanğın sisternlərdə daşınan maye qazın alışması səbəbindən yaranıb.
Crossmedia.az xaricu mediaya istinadən bildirir ki, yanğın ORLEN Lietuva neft emalı zavodundan Baltoji Voke maye qaz terminalına daşınan sisternlərdə qeydə alınıb.
Əvvəlcə yanğın, daha sonra isə güclü partlayış baş verib. Litvanın daxili işlər naziri Kondratoviç açıqlamasında bildirib ki, hadisəyə ehtimal ki, əmək və təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hazırda partlayış ərazisinə yaxınlaşmaq mümkün deyil.
16:22 10.09.2025
Oxunuş sayı: 1166