Peskov: Polşada vurulan dronlarla bağlı şərh verməyəcəyik

Kremlin mətbuat katibi Dmitri Peskov Polşada vurulan dronların Rusiyaya məxsus olması ilə bağlı iddiaları şərh etməkdən imtina edib. O bildirib ki, bu məsələni yalnız Rusiya Müdafiə Nazirliyi şərh edə bilər.
Crossmedia.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında “Biz bu məsələyə hər hansı münasibət bildirmək istəmirik, bu, bizim səlahiyyətimizə aid deyil. Bu, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin preroqatividir”, – deyə qeyd edib. Onun sözlərinə görə, insidentdən sonra Polşa rəhbərliyi tərəfindən Kremlə hər hansı bir müraciət daxil olmayıb.
Nihat Tahirov
15:41 10.09.2025
Oxunuş sayı: 898