NORAD Rusiyaya məxsus xüsusi təyinatlı kəşfiyyat təyyarəsini aşkarlayıb

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İlyuşin İl-20M “Coot-A” xüsusi təyinatlı elektron siqnal kəşfiyyat təyyarəsini aşkarlayıb.
Crossmedia.az xəbər verir ki, keçən həftə ərzində iki dəfə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İlyuşin İl-20M “Coot-A” xüsusi təyinatlı elektron siqnal kəşfiyyat təyyarəsini Alyaska Hava Hücumundan Müdafiə Tanıma Zonasında (ADIZ) aşkarlayıb və izləyib.
Hər iki insident zamanı vizual şəkildə tanımaq və müşayiət etmək üçün bir E-3 “Sentry” erkən xəbərdarlıq və idarəetmə təyyarəsi , bir KC-135 havada yanacaq doldurma tankeri və iki F-16 “Fighting Falcon” qırıcısı havaya qaldırılıb.
Rusiya hərbi təyyarəsi isə beynəlxalq hava məkanında qalıb və nə Kanada, nə də ABŞ-ın hava məkanına daxil olmayıb.
Elmir Heydərli
20:16 28.08.2025
Oxunuş sayı: 1503