İsveçrə Putin–Zelenski görüşünə hazır olduğunu açıqladı

İsveçrə hökuməti Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüşün ən qısa zamanda təşkilinə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İqnazio Kassis məlumat verib. Onun sözlərinə görə, Cenevrədə belə bir görüşün keçirilməsi mümkündür: “İsveçrə bunu hətta ən qısa müddətdə həyata keçirməyə hazırdır”, deyə nazir jurnalistlərin sualına cavabında bildirib.
Kassis əlavə edib ki, son aylarda Rusiya xarici işlər naziri Sergey Lavrovla təmaslarında bu məsələni dəfələrlə gündəmə gətirib. Nazir vurğulayıb ki, İsveçrə tərəfi Ukraynada münaqişənin sülh yolu ilə həllinə dair səylərini heç vaxt dayandırmayıb.
Nigar Rəhimova
18:30 19.08.2025
Oxunuş sayı: 802