İran prezidenti: “Regional olmayan güclərin problemləri həll etməsi regiondakı vəziyyəti daha da gərginləşdirir”

“Biz regionda güc tətbiqinə qarşıyıq, həmçinin hesab edirik ki, regional olmayan güclərin problemləri həll etməsi regiondakı vəziyyəti daha da gərginləşdirir”.
Crossmedia.az xəbər verir ki, bu barədə avqustun 19-da İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdən sonra İran prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, İran öz qonşularına sülh və əmin-amanlıq arzulayır.
“Sülh İran üçün strateji prioritetdir, biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyirik. İranın mövqeyi ondan ibarətdir ki, regionda geosiyasi dəyişikliklər baş verməməlidir. Biz hesab edirik ki, bu dəyişikliklər geosiyasi rəqabət yarada bilər”, - deyə Pezeşkian qeyd edib.
16:11 19.08.2025
Oxunuş sayı: 702