İsveçdə məscid yaxınlığında atışma olub - 2 yaralı var

İsveçin Erebryu şəhərində məscid yaxınlığında atışma baş verib. Belə ki, hadisə avqustun 15-i gündüz saatlarında qeydə alınıb. Polisin məlumatına görə, iki nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hüquq-mühafizə orqanlarına insident barədə saat 13:45-də (Bakı vaxtı ilə 15:45) məlumat daxil olub.
Qeyd edək ki, faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə istintaq başlanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, atışma namaz vaxtı başlayıb.
Fatimə Məmmədova
17:52 15.08.2025
Oxunuş sayı: 1417