Türkiyəyə güclü fırtına gəlir

Türkiyədə İstanbul Fəlakət Koordinasiya Mərkəzi (AKOM) şəhərdə güclü fırtına barədə xəbərdarlıq edib.
Crossmedia.az Türk mediasıba istinadən xəbər verir ki, 2 gündür təsirli olan küləyin bu gün daha da güclənəcəyi bildirilir. Elan olunub ki, vətəndaşlar təhlükəsizlik tədbirlərinə diqqət etməli və ehtiyatlı olmalıdır.
Fırtına səbəbindən müəyyən ərazilərdə işıq dirəyi aşaraq Ankara istiqamətindəki yolları bir müddət bağlayıb. Yolun yenidən açılması üçün texniki heyət çalışmalar həyata keçirib.
Fatimə Məmmədova
15:22 15.08.2025
Oxunuş sayı: 702