Kanadada Azərbaycanın mədəni irsi alqışlarla qarşılanıb

Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və Kanada Azərbaycan Evi Torontoda keçirilən “2025 Multikultural tədbiri”ndə ölkəmizi təmsil ediblər.
Crossmedia.az xəbər verir ki, Ontario Federal Parlamentində təşkil olunan tədbir parlament üzvü Yasir Naqvinin dəstəyi ilə baş tutub. Mərasimdə Kanada rəsmiləri və yerli sakinlərlə yanaşı, bir çox xalqların icma rəhbərləri də iştirak ediblər. 26 ölkədən 600-dən çox iştirakçının qatıldığı tədbirdə Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri xüsusilə fərqləniblər. Onlar ölkəmizin zəngin mədəniyyətini qürur və zərifliklə nümayiş etdiriblər. Məktəbin rəqs müəllimi Orxan İslamovun şagirdlərinin rəqsləri, eləcə də nağara müəllimi Cəmhur Hüseynovun nağara qrupunun ifaları alqışlarla qarşılanıb.
10:45 13.08.2025
Oxunuş sayı: 768