Bakı- Vaşinqton tərəfdaşlığı: "Nəhəng enerji sektoru şirkətlərinin Azərbaycana marağı var"

"Dünya iqtisadiyyatı və Azərbaycan"( Layihənin müəllifi Rüfət Quliyevdir)
Avqustun 7-də Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığa yeni səhifə açan mühüm sənəd imzalanıb. Prezident İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR ilə “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”a qol çəkilib. Azərbaycanın dünyada artan nüfuzu və aləmdə uğurlu addımları dünya dövlətlərini və nüfuzlu şirkətləri Azərbaycanla əməkdaşlığa sövq edir. “ExxonMobil” şirkətinin SOCAR-la əməkdaşlığı da bu çərçivədə əldə edilən nailiyyətlərdəndir. Bəs bu əməkdaşlıq tərəflər üçün nə vəd edir?
Mövzu ilə bağlı Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a açıqlama verib: “ExxonMobil” şirkəti dünyadakı ən nəhəng şirkətlərdən biridir. Dünyanın enerji sahəsində ilk üçlükdə yer alır. Sazişin mahiyyəti, görüşlər, memorandumlar, fikir mübadilələri onu göstərir ki, dünyanın nəhəng enerji sektoru şirkətlərinin Azərbaycana marağı var. Təbii ki, burqda siyasi tərəf də var. Hazırda prezident İlham Əliyev ABŞ-dədir və dünyəvi formatda nəhəng görüş olacaq. Bu görüşü də bütün dünya gözləyir. Azərbaycan öz enerji sektorunu, enerji gücünü inkişaf etdirir və bütün nəhəng şirkətlər Azərbaycanla əməkdaşlıq etmək istəyir. Çünki Azərbaycan praqmatik bir siyasət həyata keçirir. Heç bir oyuna fikir vermir və özü də oyun aparmır. Cənab prezidentin həyata keçirdiyi beynəlxalq və iqtisadi siyasətin kökündə milli maraqlar dayanır”.
Ayhan
12:35 08.08.2025
Oxunuş sayı: 1177
