Tehran Bakının dostunu seçdi, Pezeşkian hərəkətə keçdi – İki region üçün yeni plan

Məlum olduğu kimi İran hazırda həm Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır, həm də Qərblə sərt ritorikadan uzaq durmağa üstünlük verir. Eyni zamanda, Yaxın Şərqin nüvə dövləti olan Pakistanla əlaqələri gücləndirməyə yönəlmiş addımlar atır.
Crossmedia.az
Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə danışan Yaxın Şərq məsələləri
üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Məsud Pezeşkianın Pakistana rəsmi səfəri
regionda iki nüvə dövləti arasında münasibətlərin yeni mərhələsinə işarə edir:
“Lakin
Tehranla İslamabad arasındakı münasibətlər sadə deyil. Hazırda hər iki ölkə
iqtisadi və ticarət sahəsində əməkdaşlıqda maraqlıdırlar. Elə bu, İran
prezidentinin səfər proqramından da aydın hiss olunur.
Pezeşkianın
səfəri çərçivəsində Pakistanla 12 əməkdaşlıq sənədi imzalanıb, bunlar arasında
ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, mədəniyyət, hüquq və elm sahələri
var. Hazırkı ticarət dövriyəsi təqribən 3 milyard dollar həcmindədir və tərəflər
bu rəqəmin 10 milyarda çatdırılmasını nəzərdə tutublar.
Tehran
bu ölkəni Çin–Pakistan İqtisadi Kəməri və İran vasitəsilə Avropaya birləşən nəqliyyat
dəhlizində strateji həlqə kimi görür. Bu da hər iki ölkə arasında iqtisadi
münasibətlər baxımından olduqca ciddi məqamdır.
Eyni
zamanda, İranla Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə də əməkdaşlıq
nəzərdə tutulub. Hər iki ölkə İranın Sistan və Bəlucistan, Pakistanın
Balocistan bölgələrindəki silahlı qruplara qarşı birgə tədbirlər planlayır”.
V.Zifəroğlunun
sözlərinə görə, İranın rəhbərləri ilə Pakistan hərbi idarəçiliyi arasında birgə
hərbi avadanlıq istehsalı və kəşfiyyat əməkdaşlığının dərinləşdirilməsi də
müzakirə mərhələsindədir:
“Pezeşkianın,
“İranla Pakistan yaxın strateji tərəfdaşlardır” ifadəsi təhlükəsizlik sahəsindəki
potensialın artacağına işarədir.
Rəsmi
Tehran son baş verən proseslər (proksi qüvvələrin faktiki olaraq zəiflədilməsi
istiqamətində İsrailin əməliyyatları, Suriyada Əsəd rejiminin süqutu, 12 günlük
İran-İsrail müharibəsi) fonunda regional diplomatik balans axtarışındadır. İran
son vaxtlar Qərblə sərt ritorikadan çəkinərək, faktiki olaraq Pakistanla
münasibətləri normallaşdırmaqla mədəni və regional balans qurmağa çalışır.
Pakistandan
İranın nüvə proqramına dəstək və İsrailə qarşı vahid dayanışma ifadələri səslənib.
Lakin keçmişdəki qarşılıqlı hava zərbələri, məsələn, 2024 cü ilin yanvar ayında
İranın Pakistan ərazisinə hücumu və İslamabadın cavab tədbirləri hələ də iki
ölkə arasında inam problemləri yaradır.
2024
və 2025-ci illərdə Pakistan və İran vətəndaşlarının sərhəddə silahlı hücuma məruz
qalması, diplomatların mübadiləsi kimi diplomatik gərginliklər davam edir.
ABŞ-ın
iqtisadi və təhlükəsizlik nəzarəti isə İran Pakistan layihələrinə, xüsusilə qaz
kəmərinə təsir göstərə bilər”.
Ekspert
bildirib ki, Pezeşkianın səfərinin diplomatiya və əməkdaşlıq üçün yeni fürsətlər
və imkanlar baxımından dəyərləndirilməsi mümkündür:
“Pakistan
və İran strateji tərəfdaşlığa doğru ciddi addımlar atır — ticarət, enerji, təhlükəsizlik
və diplomatik istiqamətlərdə. Lakin etibar yaratmaq üçün əvvəlki gərginlikləri
aradan qaldırmaq, sərhəd təhlükəsizliyi, separatizm və iqtisadi sanksiyalara
qarşı davamlı mexanizmlər qurmaq vacibdir. Qərbin sanksiyaları qaz kəməri və
maliyyə baxımından hələ də əngəl olaraq qalır, ciddi risklər yaradır.
Ümumiyyətlə,
bu iki ölkə arasında uzunmüddətli sabitlik üçün siyasi iradə, təhlükəsizlik
koordinasiyası və etibar mexanizmləri vacibdir”.
19:37 04.08.2025
Oxunuş sayı: 887