"Neftçi" Polşadakı sonuncu yoxlama oyununda heç-heçə edib

Polşada təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib.
Crossmedia.az xəbər ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Kipr təmsilçisi AEL-lə üz-üzə gəlib.
Byalobjeqdə yerləşən “Mieyski” stadionunda baş tutan matçda tərəflər hərəyə 2 dəfə fərqləniblər.
Qeyd edək ki, bundan əvvəl “Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" (Polşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.
19:57 01.08.2025
Oxunuş sayı: 1181